Son dəqiqə

Türkiyə Numan Kurtulmuş TBMM

TBMM sədri Anıtqəbirdə keçirilən mərasimdə iştirak edib

Bakı. TurkicWorld:

Anıtqəbirdə 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışının 104-cü ildönümü münasibətilə mərasim keçirilib.

TurkicWorld xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş başda olmaqla dövlət rəsmiləri Anıtqəbirdə keçirilən mərasimdə iştirak edib.

Kurtulmuş və onu müşayiət edən heyət Mustafa Kamal Atatürkün məqbərəsinə gəliblər. Kurtulmuş daha sonra Anıtqəbir Xüsusi Kitabını imzalayıb.

Daha sonra Türkiyə İstiqlal Marşı oxunub.

Qeyd edək ki, Milli Suverenlik və Uşaq Bayramı Türkiyə Böyük Millət Məclisinin açılışının ildönümü olan aprelin 23-də Türkiyə Respublikasında və Şimali Kipr Türk Cümhuriyyətində qeyd olunan milli və rəsmi bayramdır.

Türkiyə Cümhuriyyətinin ilk milli bayramı olan bu bayram 1921-ci ildən Türkiyədə “23 Aprel Milli Bayramı” kimi qeyd olunmağa başlanıb.

Mövzuya görə xəbərlər