Türkiyə Böyük Millət Məclisinin yaranmasından 104 il ötür

Türkiyə Böyük Millət Məclisinin yaranmasından 104 il ötür

Bakı, TurkicWorld

Türkiyədə milli iradənin simvolu olan Türkiyə Böyük Millət Məclisi (TBMM) 104 il əvvəl 23 aprel tarixində qurulub.

TBMM Mustafa Kamal Paşanın başçılığı ilə Qurtuluş Savaşını başladıb və Cümhuriyyət yolunda mühüm addımların atılmasını təmin edib.

Türkiyə Böyük Millət Məclisinin açılması Türkiyə Cümhuriyyətinin qurtuluş mübarizəsinin ən mühüm mərhələlərindən biri olub.