Türkiyədə xəzinə axtaran üç nəfər həyatını itirib

Türkiyədə xəzinə axtaran üç nəfər həyatını itirib

Bakı. TurkicWorld :

Türkiyənin Bursa vilayətində xəzinə axtarmaq üçün girdikləri mağarada qazdan zəhərləndiyi ehtimal edilən üç nəfər həyatını itirib.

TurkicWorld xəbər verir ki, beş metr dərinlikdə çuxur qazaraq mağaraya girən şəxslərdən bir müddət sonra xəbər alınmayıb.

Hadisə yerinə cəlb edilən polis qrupları mağarada araşdırmaları davam etdirir.