Ərdoğan sellə bağlı BƏƏ-yə başsağlığı verib

Ərdoğan sellə bağlı BƏƏ-yə başsağlığı verib

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan arasında telefon danışığı olub.

TurkicWorld xəbər verir ki, telefon danışığı zamanı prezident Ərdoğan Birləşmiş Ərəb Əmirliklərində baş verən sel fəlakəti ilə əlaqədar Əl Nahyana başsağlığı verib.

Qeyd edək ki, aprelin 16-da səhər saatlarında Birləşmiş Ərəb Əmirliklərində güclü yağışlar başlayıb. Pis hava şəraiti ilə əlaqədar hava limanları Dubay Beynəlxalq Hava Limanı da daxil olmaqla uçuşları təxirə salmağa başlayıb. Tədbirlər ölkə daxilində təxirə salınır.

X: Lamanasadli01