İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı seçilib

İstanbul Hava Limanı yenidən Avropanın ən işlək hava limanı seçilib

Bakı. TurkicWorld:

İstanbul Hava Limanı 1-7 aprel tarixləri arasında gündə orta hesabla 1 412 uçuşla Avropanın ən işlək hava limanı seçilib.

TurkicWorld xəbər verir ki, bu barədə Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) 1-7 aprel dövrü üçün “Avropa Aviasiya Hesabatı”nda bildirilib.

Məlumata əsasən, İstanbul hava limanını gündə 1 326 uçuşla Amsterdam Schiphol, 1 293 uçuşla London Hitrou izləyib.

Qeyd edək ki, 25-31 mart tarixlərində də İstanbul Hava Limanı gündə 1 328 uçuşla Avropanın ən işlək hava limanı olub.

X: Lamanasadli01