Bakı. TurkicWorld:
Baykar Türkiyədən Qəzzaya ən böyük humanitar yardım çatdıran şirkətdir.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Baykar şirkətinin baş direktoru Haluk Bayraktar bildirib.
"Şirkətimizin yeganə fəaliyyət sahəsi pilotsuz uçuş aparatları sistemləridir. İsrailə reaktiv yanacaq satışı ilə bağlı böhtan yayanlar məhkəməyə veriləcək. Nəticədə təzminat da Qəzzaya yardım kimi köçürüləcək”, - deyə o vurğulayıb.
Xatırladaq ki, İsrail-Fələstin münaqişəsindən sonra Baykar Fələstin xalqına 5 milyard lirə yardım edib.