Atəşkəs əldə olunana qədər İsrailə qarşı tədbirlər davam edəcək - Hakan Fidan

Atəşkəs əldə olunana qədər İsrailə qarşı tədbirlər davam edəcək - Hakan Fidan

Bakı. TurkicWorld:

Qəzzada atəşkəs elan edilənə və humanitar yardımların çatmasına icazə verilənə qədər İsrailə qarşı tədbirlər davam edəcək.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan açıqlayıb.

"Aclıqdan əziyyət çəkən Qəzzalılara hava yardımı çatdırma cəhdimizin qarşısını almaq üçün İsrailin heç bir bəhanəsi yoxdur", - deyə o vurğulayıb.

Qeyd edək ki, İsrail Türkiyənin İordaniya üzərindən Qəzzaya hava yardımı göndərilməsi tələbini rədd etdikdən sonra Türkiyə Ticarət Nazirliyi 54 məhsul üzrə İsrailə ixracı məhdudlaşdırıb.

Xatırladaq ki, Qəzzanın Səhiyyə Nazirliyi bildirir ki, Qəzzada 33 mindən çox fələstinli öldürülüb və 2,3 milyon əhalisinin əksəriyyəti evlərini tərk etmək məcburiyyətində qalıb.

Nazirlik öz sayında mülki şəxslər və döyüşçülər arasında fərq qoymur, lakin qadınların və uşaqların ölənlərin üçdə ikisini təşkil etdiyini bildirir.

İsrail dinc sakinlərin ölməsində HƏMAS-ı günahlandırır, çünki yaraqlılar sıx yaşayış məntəqələrində döyüşürlər.

İsrail heç bir sübüt təqdim etmədən 13 min HƏMAS döyüşçüsü öldürdüyünü bildirib.

Bu arada Qəzzada döyüşlər davam edir. İsrailin Qəzzanın cənubunda BMT-nin fələstinli qaçqınlarla işləyən agentliyi olan UNRWA-nın qida paylama məntəqəsinə endirdiyi zərbə nəticəsində agentliyin bir əməkdaşı həlak olub, 22 nəfər yaralanıb.

UNRWA-nın məlumatına görə, son beş ayda gedən döyüşlər zamanı agentliyin həlak olan işçilərinin sayı 165-ə çatdırıb.

Qəzzanın səhiyyə orqanları UNRWA anbarının həyətinə endirilən zərbə nəticəsində ümumilikdə 5 nəfərin öldüyünü bildirib.

X: Lamanasadli01