Son dəqiqə

İsrail Rəfah

İsrailin Rəfaha hücumu nəticəsində üç fələstinli həlak olub

Bakı,TurkicWorld

İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə hücumu nəticəsində üç fələstinli həyatını itirib.

TurkicWorld xəbər verir ki, Səhiyyə mənbələri Rəfah şəhərinin cənubunda Braziliya Məhəlləsini hədəf alan hava hücumunda həyatını itirən üç nəfərin Özəl Küveyt Xəstəxanasına gətirildiyini bildirib.

Şahidlər döyüş təyyarələrinin İbn Teymiyyə məscidi yaxınlığında bir qrup vətəndaşı hədəf aldığını, hücumda 3 nəfərin öldüyünü və məscidə ziyan dəydiyini bildirib.

Mövzuya görə xəbərlər