İstanbul Hava Limanı elektriki günəşdən alan ilk hava limanı olacaq

İstanbul Hava Limanı elektriki günəşdən alan ilk hava limanı olacaq

Bakı. TurkicWorld:

İstanbul Hava Limanı bütün elektrik ehtiyaclarını Eskişehirdə qurulacaq günəş elektrik stansiyasından (GES) qarşılayacaq.

TurkicWorld xəbər verir ki, bunun üçün təxminən 3 milyon kvadratmetr sahədə 199,32 meqavat gücündə Eskişehir Günəş Elektrik Stansiyası layihəsi çərçivəsində 439 min PV paneli quraşdırılacaq.

İllik 340 milyon kilovat-saat enerji istehsal etməsi hədəflənən Günəş Elektrik Stansiyası ilə İstanbul Hava Limanı dünyada istehlak etdiyi bütün elektrik enerjisini günəş enerjisindən təmin edən ilk hava limanı olacaq.

İlin sonunda istifadəyə verilməsi planlaşdırılan layihəyə 212 milyon avro investisiya qoyulub.

Məlumata əsasən, bu layihə sayəsində 105 min 996 ton karbon qazına ekvivalent istixana qazı emissiyaları ilə qlobal istiləşmə və iqlim dəyişikliklərinin dünyadakı mühüm və narahatedici nəticələrinin yüngülləşdirilməsi hədəflənir.

X: Lamanasadli01