Türk Ordusunun bütün təyyarələri mütəxəssis personal tərəfindən yoxlanılır (ÖZƏL)

Türk Ordusunun bütün təyyarələri mütəxəssis personal tərəfindən yoxlanılır (ÖZƏL)

Bakı. TurkicWorld:

Türk Ordusunun havadakı gözü kimi xarakterizə edilən Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığına daxil olan bütün təyyarələr uçuşdan əvvəl və sonra mütəxəssis personal tərəfindən diqqətlə yoxlanılır.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Məlumata əsasən, Hava Baxımı Zavodu İdarəsi səviyyəsində həyata keçirilən işlər istisna olmaqla, bütün texniki xidmətlər Türkiyənin müxtəlif nöqtələrindəki əsas reaktiv bazalarda Birlik Təyyarə Sistemləri Komandanlığı tərəfindən həyata keçirilir.

Bu çərçivədə, Türk Hərbi Hava Qüvvələri Komandanlığının inventarında olan müxtəlif tipli vertolyotlar CN-295 yük tipli təyyarələr, F16, F4 və F5 döyüş tipli döyüş təyyarələrinə texniki xidmət, uçuşdan əvvəl, uçuşdan sonra, orta uçuş və dövri texniki xidmət göstərilməsi diqqətlə həyata keçirilir.

X: Lamanasadli01