BAYKAR-ın yardım fəaliyyətləri davam edir - Bayraktar

BAYKAR-ın yardım fəaliyyətləri davam edir - Bayraktar

Bakı. TurkicWorld:

Dünyanın ən böyük Pilotsuz Uçuş Aparatı (PUA) istehsalçısı və ixracatçısı olan Türkiyənin markası BAYKAR-ın sosial və humanitar yardım fəaliyyətləri sürətini azaltmadan davam edir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar X sosial media hesabında paylaşım edib.

Qeyd edək ki, Baykar 2023-cü ildə ödədiyi vergilər və etdiyi ianələrlə Türkiyəyə birbaşa 12,2 milyard lirətöhfə verib.

Baykar şəhəri tərəfindən konteyner şəhərlərin və səyyar mətbəxlərin qurulduğu zəlzələ bölgəsində 1012 daimi yaşayış binasının tikintisi hazırda davam edir.

İsrail-Fələstin münaqişəsindən sonra Baykar Fələstin xalqına 5 milyard lirə yardım edib.

Baykar bu ianələrlə yanaşı, dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan TEKNOFEST-in ən böyük dəstəkçisi kimi də seçilir. Cəmi 140 tərəflə həyata keçirilən TEKNOFEST-in bütün maliyyə yükünün yarısını təkcə Baykar şirkəti daşıyır.

Əvvəldən bütün layihələrini öz qaynaqları ilə həyata keçirən Baykar, 2003-cü ildə PUA Ar-Ge prosesinin başlamasından bu yana bütün gəlirlərinin 83%-ni ixracdan əldə edib. Türkiyə İxracatçılar Məclisinin (TİM) 2021 və 2022-ci illərdəki məlumatlarına görə, müdafiə və aerokosmik sənayenin ixracat lideri olub. Türkiyə Müdafiə Sənayesi İdarəsi tərəfindən 2023-cü ildə sektorun ixrac çempionu elan edilən Baykar, keçən il 1,8 milyard dollarlıq ixracat həyata keçirib. Son illərdə gəlirlərinin 90%-dən çoxunu ixracatdan əldə edən Baykar, 2023-cü ildə müdafiə və aerokosmik sektorda ixracatın 1/3-ni həyata keçirib.

Bundan əlavə, Baykar İdarə Heyətinin sədri Selçuk Bayraktar və baş direktor Haluk Bayraktar 2021 və 2022-ci illərdə vergi rekordçuları siyahısında birinci və ikinci yerləri tutublar. Selçuk Bayraktar və Haluk Bayraktar 2023-cü ildə 800 milyon lirə gəlir vergisi ödəyib.

X: Lamanasadli01