Ankarada böyük yanğın 16 saatdan sonra söndürülüb

Ankarada böyük yanğın 16 saatdan sonra söndürülüb

Bakı. TurkicWorld:

Türkiyənin paytaxtı Ankarada sənaye obyektində dünən baş verən güclü yanğın mütəxəssislərin 16 saatlıq fasiləsiz işindən sonra söndürülüb.

TurkicWorld xəbər verir ki, yanğından ciddi ziyan dəymiş ərazinin bərpası üçün işlərə başlanılıb.

Məlumata əsasən, hadisə nəticəsində indiyədək ölən və yaralanan olmadığı bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünən Ankarada İvedik Mütəşəkkil Sənaye Bölgəsində avtomobil təkərlərinin olduğu ərazidə güclü yanğın baş verib.

X: Lamanasadli01