İstanbulda terror cəhdinin qarşısı alınıb

İstanbulda terror cəhdinin qarşısı alınıb

Bakı. TurkicWorld:

Türkiyənin kəşfiyyat və terrorla mübarizə qruplarının İstanbulda keçirdiyi əməliyyatda hücuma hazırlaşdıqları müəyyən edilən İŞİD terror təşkilatının iki üzvü saxlanılıb.

TurkicWorld xəbər verir ki, hücum planlaşdırdığı iddia edilən biri qadın, Tacikistan və Qırğızıstan əsilli iki nəfərin qaldığı ev Milli Kəşfiyyat Təşkilatı tərəfindən addım-addım təqib edilib.

Məlumata əsasən, İŞİD üzvlərinin gizləndiyi evdə aparılan axtarışlar zamanı jandarm geyimləri, polis jiletləri, avtomobil fənərləri, polis papağı, avtomobil radioları, bıçaq və silah qabları, aksiyadan əvvəl və sonra qaçış zamanı geyinməyi planlaşdırdıqları təşkilati materiallar tapılıb.

Hər iki şübhəli polisin dindirmələri tamamlandıqdan sonra məhkəməyə aparılıb.

Hücum planını tərtib edən Tacikistan vətəndaşı həbs edilib, onun köməkçisi isə ölkədən deportasiya edilib.

X: Lamanasadli01