Son dəqiqə

Türkiyə ASELSAN

Deringöz avtonom sualtı pilotsuz təyyarəsi dalış sınaqlarını uğurla başa vurub

Bakı. TurkicWorld:

Türkiyənin müdafiə sənayesi şirkətlərindən biri olan Aselsanın Deringöz avtonom sualtı pilotsuz təyyarəsi dalış sınaqlarını uğurla başa vurub.

TurkicWorld-un məlumatına görə, su altında həm hərbi, həm də mülki tətbiqlər üçün istifadə edilə bilən Deringöz yüksək manevr, dəqiq naviqasiya qabiliyyətinə, fərdiləşdirilə bilən tapşırıq yüklərinə, optik və audio görüntü texnologiyalarına və simsiz rabitə infrastrukturuna malikdir.

Deringöz sualtı kəşfiyyat və müşahidə, mina aşkarlama, boru kəmərinin təftişi, liman və baza müdafiəsi kimi tətbiqlərdə effektiv şəkildə istifadə ediləcək.

600 metrə qədər dərinliklərdə fəaliyyət göstərə bilən Deringöz, lazım olduqda genişləndirilə bilən modul sistem və yük konfiqurasiyalarına da malikdir.

Əlavə olaraq qeyd edək ki, qurğunun maksimal sürəti 5,5 knot və skan sürəti 3 düyün təşkil edir.

Mövzuya görə xəbərlər