Zelenski Türkiyəyə rəsmi səfər edəcək

Zelenski Türkiyəyə rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Türkiyəyə rəsmi səfər edəcək.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla V.Zelenskinin İstanbulda görüş keçirəcəyi planlaşdırılır.

Görüşdə Türkiyə və Ukrayna münasibətləri başda olmaqla bir çox mövzular müzakirə olunacaq.

Ukrayna ilə Rusiya arasında davam edən münaqişənin gedişi ən vacib mövzu olacaq. Bundan əlavə, Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi ilə bağlı son vəziyyətin müzakirəsi gözlənilir.

X: Lamanasadli01