Antalyanın bu il 16 milyondan çox turist qəbul edəcəyi gözlənilir

Antalyanın bu il 16 milyondan çox turist qəbul edəcəyi gözlənilir

Bakı. TurkicWorld:

Türkiyənin Antalya şəhərinin 2024-cü ildə 16,5 milyondan çox turist qəbul edəcəyi gözlənilir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) Aralıq dənizi Bölgəsi Nümayəndəlik Şurasının sədri Rıza Perçin bildirib.

Perçin, bu il Ukrayna bazarını itirdiklərini və onu eyni sayda turist göndərən Polşa ilə əvəz etdiklərini də qeyd edib.

Xatırladaq ki, Antalya keçən il 15 milyon 689 min 258 xarici turist qəbul edərək rekord nəticə göstərib.

X: Lamanasadli01