Son dəqiqə

Türkiyə ASELSAN

ASELFLIR-500 və ASELFLIR-410-un ilk kütləvi istehsalı həyata keçirilib (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin ASELSAN şirkəti tərəfindən pilotsuz uçuş aparatları (PUA), helikopterlər və təyyarələr üçün hava platformaları üçün hazırlanmış elektro-optik kəşfiyyat, müşahidə və hədəf təyinetmə sistemləri ASELFLİR-500 və ASELFLİR-410-un ilk kütləvi istehsalı həyata keçirilib.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən məlumat verilib.

Məlumata əsasən, ilk ASELFLİR-500 və ASELFLİR-410 məhsulları Türkiyə Silahlı Qüvvələrinə çatdırılmaq üçün qablaşdırılıb.

“Embarqolara cavab verən sistemlər milli resurslarla işlənib hazırlanıb və öz sahəsində dünyada ən yaxşılarıdır", - deyə məlumatda qeyd edilib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər