Türkiyə ilə Türkmənistan arasında energetika sahəsində müqavilələr imzalanıb

Türkiyə ilə Türkmənistan arasında energetika sahəsində müqavilələr imzalanıb

Bakı. TurkicWorld:

Türkiyə ilə Türkmənistan arasında təbii qaz sahəsində Anlaşma Memorandumu və karbohidrogenlər sahəsində Niyyət Bəyannaməsi imzalanıb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar öz rəsmi X sosial media hesabında bildirib.

"Görüş çərçivəsində iki ölkənin təbii qaz sahəsində əməkdaşlığını sürətləndirəcək Anlaşma Memorandumu və karbohidrogenlər sahəsində tərəfdaşlığımızın əsasını təşkil edəcək Niyyət Bəyannaməsi imzaladıq. İmzalarla Türkmənistan qazını əvvəlcə Türkiyəyə, sonra isə dünya bazarlarına çatdırmağı hədəfləyirik”, - deyə o paylaşımda qeyd edib.

X: Lamanasadli01