Albaniya TB2 PUA-nı inventarına daxil edib

Albaniya TB2 PUA-nı inventarına daxil edib

Bakı. TurkicWorld:

Türkiyədə yerli və milli imkanlarla istehsal edilən Bayraktar TB2 Silahlı Pilotsuz Uçuş Aparatı (PUA) Albaniya Ordusunun inventarına daxil edilib.

TurkicWorld xəbər verir ki, bu barədə Albaniyanın müdafiə naziri Niko Peleşi öz rəsmi X sosial media hesabında paylaşım edib.

"Bu, Albaniyanın müdafiə qabiliyyətini artırmaqla yanaşı, həm də ölkənin öz milli təhlükəsizliyini təmin etmək və ən yüksək müdafiə standartlarına cavab vermək əzminin sübutudur”, - deyə o bildirib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Albaniya Türkiyə Respublikası ilə strateji tərəfdaşlıq çərçivəsində Bayraktar TB2 PUA-ların alınması və NATO üzvü Silahlı Qüvvələrin modernləşdirilməsi üçün müqavilə imzalayıb.

X: Lamanasadli01