Türkiyə Bolqarıstanla müdafiə sənayesi əməkdaşlığını genişləndirəcək

Türkiyə Bolqarıstanla müdafiə sənayesi əməkdaşlığını genişləndirəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Bolqarıstan Prezidenti Rumen Radevin Antalyada görüşü keçirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata əsasən, prezident Ərdoğan görüşdə Türkiyə ilə Bolqarıstan arasında xüsusilə müdafiə sənayesi və enerji sahələrində əməkdaşlığın artırılmasının və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin vacib olduğunu vurğulayıb.

O, Türkiyənin avtomobil yolu ilə LNG ixracı, təcrübə mübadiləsi və bərpa olunan enerji sahələrində Bolqarıstan ilə əməkdaşlığa hazır olduğunu bildirib.

Prezident Ərdoğan Türkiyənin həm Ukrayna-Rusiya, həm də İsrail-Fələstin məsələlərində münaqişələrin bölgəyə sıçramasının qarşısını almağa üstünlük verdiyini, problemlərin dialoq və sülh yolu ilə həlli üçün maksimum səy göstərdiyini bildirib.

Bundan əlavə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, MİT sədri İbrahim Kalın, kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç iştirak ediblər.

X: Lamanasadli01