Türkiyə Sivilizasiyalar Alyansı ilə islamafobiya məsələlərini müzakirə edib

Türkiyə Sivilizasiyalar Alyansı ilə islamafobiya məsələlərini müzakirə edib

Bakı. TurkicWorld:

Türkiyənin xarici işlər nazirinin müavini Burak Akçapar Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, görüş zamanı İslamofobiya və ekstremizmlə mübarizədə Alyansın rolu, gələcək Fəaliyyət Planı, beş prioritet istiqamət, o cümlədən, Türkiyə və İspaniya arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd edək ki, Sivilizasiyalar Alyansı ideyası ilk dəfə 21 oktyabr 2004-cü ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı çıxışında İspaniyanın Baş naziri Luis Rodriges Zapatero tərəfindən irəli sürülmüşdür. Baş nazir Luis Rodriges Zapatero və Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü, BMT-nin dəstəyi ilə həyata keçirilən Sivilizasiyalar Alyansı ilk iclasını 27-29 noyabr 2005-ci il tarixlərində İspaniyanın Palma de Mallorca şəhərində keçirmişdir.

X: Lamanasadli01