Türkiyə və Yaponiya üçüncü ölkələrlə əməkdaşlığı genişləndirəcək

Türkiyə və Yaponiya üçüncü ölkələrlə əməkdaşlığı genişləndirəcək

Bakı. TurkicWorld:

Türkiyə və Yaponiya üçüncü ölkələrlə əməkdaşlığı genişləndirəcək.

TurkicWorld xəbər verir ki, bu barədə Yaponiyanın Ankaradakı səfiri Katsumata Takahiko açıqlayıb.

Məlumata əsasən, səfir İki ölkə arasındakı əlaqələrin etimada əsaslandığını və bir çox təbii fəlakətlər və zəlzələlər zamanı daha da möhkəmləndiyini qeyd edib.

Katsumata, həmçinin, Türkiyədə “qardaş şəhərlər” olaraq müvafiq qurumlarla əməkdaşlıq edərək bu mövzuda araşdırmalar apardıqlarını bildirib.

"Təkcə Ankara və ya İstanbul kimi böyük şəhərlərlə məhdudlaşmırıq, həm də fəaliyyətlərimizi regional olaraq genişləndirməyə çalışırıq. Türkiyənin hər yerində çoxlu cüdo icması var. Cüdo ilə məşğul olan tələbələri və uşaqları təşviq edirik. Gələn ay Kahramanmaraşda gənclərə və uşaqlara cüdo paltarları bağışlayacağıq", - deyə o vurğulayıb.

Bundan əlavə, səfir Türkiyə ilə Yaponiya arasında dəniz və kosmosda əməkdaşlığın qurulmasında maraqlı olduqlarını, Türkiyənin ilk astronavtının missiyasını uğurla başa vurduğunu, Yaponiyanın da Aya enişlə bağlı çoxlu təcrübəyə malik olduğunu bildirib.

"Türk-Yapon Elm və Texnologiya Universitetini açmaq üçün birlikdə çalışırıq. İqtisadi baxımdan Yaponiya-Türkiyə dünyanın ən mühüm tərəfdaşıdır. Türkiyə hazırda G20 ölkələri kimi dünyanın 20 ölkəsi sırasındadır", - deyə o qeyd edib.

X: Lamanasadli01