Bu il yeni pilotsuz məhsullar ixrac edəcəyik - ASELSAN baş direktoru

Bu il yeni pilotsuz məhsullar ixrac edəcəyik - ASELSAN baş direktoru

Bakı. TurkicWorld:

Bu il yeni pilotsuz məhsullar ixrac edəcəyik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Aselsanın baş direktoru Əhməd Akyol deyib.

Hava hücumundan müdafiənin ən alçaq, aşağı hündürlük, orta və yüksək hündürlük şəklində laylı bir quruluş olduğunu bildirən Akyol, hissəcik sursatları olan KORKUT sisteminin çox yaxın hava müdafiəsində əhəmiyyətli olduğunu qeyd edib.

Bu sistemin əhəmiyyətli bir hissəsini Türkiyə Silahlı Qüvvələrinə təhvil verdiklərinə diqqət çəkən Akyol bildirib ki, bir çox ölkə onun ixracında maraqlıdır. Türkiyə indi öz imkanları ilə istehsal edib istifadə edir və əməliyyatda müsbət nəticələr əldə edirik.

Tam müstəqil müdafiə sənayesi üçün çalışdıqlarını bildirən Akyol bunun üçün kritik komponentlərdən biri olan radarda qeyri-adi performans və müvəffəqiyyət əldə etdiklərini vurğulayıb.

Əhməd Akyol, Alper Gezeravcının Türkiyə üzərindən gəldiyi İSS-nin hava hücumundan müdafiə sistemləri üçün hazırladıqları radarlarla təsbit edildiyini bildirib.

"SİPER ilə uzunmənzilli yüksək hündürlükdə hava hücumundan müdafiənin inventara əlavə olunmasını təmin edəcəyik. Türkiyə ASELSAN, TÜBİTAK, ROKETSAN və minlərlə KOBİ-nin töhfələri ilə bu səviyyəyə çatıb. Dövlətimizin liderliyi ilə 2024-cü ildə uçdan uca hava hücumundan müdafiə qatını tamamlayacağıq. SİPER Blok-2 və SİPER Blok-3 var. Hibrid hava hücumundan müdafiə dediyimiz GÜRZ sistemimiz var. Bunda da mühüm mərhələlərdən keçmişik. Bu, bir neçə imkanları birləşdirən sistemdir. Bununla deyə bilərəm ki, hava hücumundan müdafiə sahəsində əhəmiyyətli inkişafların yaşanacağı bir il olacaq",- deyə direktor əlavə edib.

Akyol, ASELSAN olaraq 2023-cü ildə 20-yə yaxın yeni məhsul təqdim etdiklərini bildirib.

Türkiyənin ilk pilotsuz dəniz vasitəsi olan MARLİN-in keçən il Türkiyə inventarına daxil olduğunu xatırladan Akyol, quruda və dənizdə olduğu kimi sualtı qayıqlarda da pilotsuz sistemlərə müraciət etdiklərini qeyd edib.

"Su altında DERİNGÖZ, suyun üstündə MARLIN, quruda TUNGA və ERTUNGA kimi məhsulları ölkəyə gətirdik. 2023-cü il əhəmiyyətli bir mərhələ oldu və hətta bəzilərini ixrac etdik. 2024-cü ildə yeni insansız məhsullara və yeni ixrac fəaliyyətlərinə diqqət yetirəcəyik",- deyə Akyol bildirib.

ASELSAN-ın pilotsuz vasitələrə bir çox hərəkət konsepti əlavə etdiyinə diqqət çəkən Akyol, sualtı sensorlardan radarlara, elektro-optik sistemlərdən rabitə sistemlərinə qədər insansız sistemlərə bir çox funksiya əlavə etmək qabiliyyətinə sahib olduqlarını söyləyib.

Müdafiə sənayesi texnologiyalarının mülki şəxslərə ötürülməsi üçün də çalışdıqlarını ifadə edən Akyol, metroda və TCDD Nəqliyyatında inkişaf etdirdikləri yerli və milli siqnal sistemlərinin istifadə olunmağa başladığını vurğulayıb.

Aytac Süleymanova

Twitter: a_alieva_