Bolqarıstanla hər sahədə əlaqələrimizi inkişaf etdirməyə çalışırıq - Ərdoğan

Bolqarıstanla hər sahədə əlaqələrimizi inkişaf etdirməyə çalışırıq - Ərdoğan

Bakı. TurkicWorld:

Bolqarıstanla hər sahədə əlaqələrimizi inkişaf etdirməyə çalışırıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bolqarıstan Hüquq və Azadlıqlar Hərəkatının Konqresinə göndərdiyi videomüraciətində deyib.

"Bir sıra problemlərlə üzləşdiyimiz bir vaxtda Türkiyə-Bolqarıstan əlaqələrinin irəliləməsinə xüsusi diqqət yetiririk. Hesab edirik ki, bu, hər iki ölkənin qarşılıqlı maraqlarına uyğundur. Təbii ki, soydaşlarımız iki dövlət arasında qurduqları möhkəm əlaqələrlə bu prosesdə mühüm rol oynayırlar", - deyə o əlavə edib.

Ərdoğan onu da qeyd edib ki, Bolqarıstan Hüquq və Azadlıqlar Hərəkatı Türkiyə-Bolqarıstan əməkdaşlığına töhfə verməklə yanaşı, həmvətənlərinin mənafeyinin qorunmasında mühüm uğurlara imza atıb.

X: Lamanasadli01