Son dəqiqə

Türkiyə BMT Hakan Fidan G20

BMT-nin islahatlara ehtiyacı var – Hakan Fidan

Bakı. TurkicWorld:

Birləşmiş Millətlər Təşkilatının islahatlara ehtiyacı var.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Daha demokratik, hesabatlı və beynəlxalq hüququn parametrlərinə əsaslanan sistem lazımdır. Çoxqütblü yeni dünya düzənində geosiyasi gərginliyi aradan qaldırmaq üçün güclü çoxtərəfli institutlar və effektiv qlobal idarəetmə mexanizmləri formalaşdırılmalıdır.” – deyə nazir qeyd edib.

Məlumat üçün bildirək ki, Hakan Fidan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısında “Qlobal İdarəetmə İslahatı” adlı sessiyada iştirakçılara müraciət edib.

Fidan vurğulayıb ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı fərqi aradan qaldırmaq üçün beynəlxalq maliyyə qurumları və çoxtərəfli inkişaf bankları inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə uyğun siyasətlər qəbul etməlidirlər.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər