Bakı. TurkicWorld:
Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyənin Vaşinqtondakı səfiri və Türkiyənin Nyu-Yorkdakı BMT-dəki daimi nümayəndəsinə yeni təyinatlar barədə məlumat verib.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyə diplomatik mənbələri məlumat yayıb.
Məlumata əsasən, hazırda Türkiyənin BMT-dəki daimi nümayəndəsi olan Sedat Önal Türkiyənin Vaşinqtondakı səfiri təyin edilib, Önalın vəzifəsini isə xarici işlər nazirinin müavini Əhməd Yıldız icra edəcək.