ASELSAN Çilinin Alman Leopard tanklarını modernləşdirəcək (ÖZƏL)

ASELSAN Çilinin Alman Leopard tanklarını modernləşdirəcək (ÖZƏL)

Bakı. TurkicWorld:

Türkiyənin ASELSAN müdafiə sənayesi şirkəti Çilinin Alman Leopard tanklarını modernləşdirəcək.

Bu barədə TurkicWorld-a Türkiyə hərbi mənbələrindən bildirilib.

Məlumata əsasən, bu həftə ərzində ASELSAN-la Rumıniya arasında çox önəmli görüşlər olacağı və müqavilələr imzalanması da gözlənilir.

"Kanadanın haqsız embarqosundan sonra CATS kameraları inkişaf etdirilib və ixrac edilən ölkələrin sayı onu keçib. Ölkələrə təhvil verilən CATS kameralarının sayı isə 178-i ötüb", - deyə məlumatda qeyd edilib.

Bundan əlavə, Türkiyənin ASELFLİR-500 kameraları kütləvi istehsala keçib və tezliklə ilk istifadəçilərinə təqdim ediləcək.

X: Lamanasadli01