Son dəqiqə

Türkiyə Ərzincan

Ərzincanda mədən işçilərinin yerləri müəyyənləşdirilib

Bakı. TurkicWorld:

Ərzincanda torpaq sürüşməsi nəticəsində itən mədən işçilərinin yerləri müəyyənləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar açıqlayıb.

"Doqquz işçimizi axtarırıq. Onlardan üçünün bir yerdə, altısının isə başqa yerdə olduğunu müəyyən etdik", - deyə o qeyd edib.

Məlumata əsasən, axtarış-xilasetmə işlərində 2 min 722 personal iştirak edir.

"Bundan əlavə, 796 texnika, 99 işıqlandırma qülləsi, 52 generator, yeddi pilotsuz uçuş aparatı, bir georadar, üç KBRN texnikası, beş metal həssas yeraltı radar və iş maşınları ilə 24 saat fasiləsiz axtarış-xilasetmə işləri aparılır”, - deyə o bildirib.

Qeyd edək ki, 14 fevral tarixində Türkiyənin Ərzincan vilayətində mədən çöküb. Torpaq atında qalanların axtarışları üçün Ərzurum, Sivas, Rizə, Malatya, Giresin, Diyarbəkir, Tokat və Tuncelidən də AFAD qrupları əlavə olaraq bölgəyə göndərilib. Mədəndə doqquz işçinin olduğu təxmin edilir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər