AFAD Ərzincanda işçilərin tapılması üçün bütün imkanlarını səfərbər edib

AFAD Ərzincanda işçilərin tapılması üçün bütün imkanlarını səfərbər edib

Bakı. TurkicWorld:

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) Ərzincanda mədəndə torpaq sürüşməsi nəticəsində itən doqquz işçinin tapılması üçün bütün imkanlarını səfərbər edib.

TurkicWorld xəbər verir ki, bu barədə AFAD sədri Okay Memiş bildirib.

"Axtarış-xilasetmə qruplarının sayı kifayət qədərdir. Nazirlər buradadır və doqquz işçinin tapılması üçün bütün imkanlar səfərbər edilib. Hər şey bizim nəzarətimizdədir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, dünən Türkiyənin Ərzincan vilayətində mədən çöküb. Torpaq atında qalanların axtarışları üçün Ərzurum, Sivas, Rizə, Malatya, Giresin, Diyarbəkir, Tokat və Tuncelidən də AFAD qrupları əlavə olaraq bölgəyə göndərilib. Mədəndə doqquz işçinin olduğu təxmin edilir.

X: Lamanasadli01