Son dəqiqə

Türkiyə Ərzincan

Ərzincanda mədən çökməsi ilə bağlı dörd nəfər saxlanılıb

Bakı. TurkicWorld:

Ərzincanda mədən çökməsi ilə əlaqədar istintaq nəticəsində aralarında sahə müdirinin də olduğu dörd nəfər saxlanılıb.

TurkicWorld xəbər verir ki, torpaq atında qalanların axtarışları üçün Ərzurum, Sivas, Rizə, Malatya, Giresin, Diyarbəkir, Tokat və Tuncelidən də AFAD qrupları əlavə olaraq bölgəyə göndərilib.

Hadisə yerində AFAD, Jandarma, Türkiyə Silahlı Qüvvələri, Təhlükəsizlik Baş İdarəsi, mədənçilər və qeyri-hökumət təşkilatlarından ibarət 339-u axtarış-xilasetmə olmaqla ümumilikdə 827 şəxsi heyət çalışır.

Qeyd edək ki, dünən Türkiyənin Ərzincan vilayətində mədən çöküb. Mədəndə doqquz işçinin olduğu təxmin edilir.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər