Son dəqiqə

Türkiyə Ərzincan

Türkiyədə mədən çöküb

Bakı. TurkicWorld:

Türkiyənin Ərzincan vilayətində mədən çöküb.

TurkicWorld xəbər verir ki, torpaq altında insanların ola biləcəyi ehtimalını nəzərə alan qruplar ərazidə axtarış-xilasetmə işlərinə başlayıb.

İlkin məlumata əsasən, mədəndə 10-12 işçinin olduğu təxmin edilir.

"Anagold şirkəti təcili yardım qruplarına və AFAD bölmələrinə təcili məlumat verildikdən dərhal sonra hadisə baş verən ərazidə lazımi təhlükəsizlik tədbirləri görülüb və bütün müdaxilələr üçün operativ tədbirlər görülüb", - deyə Anagold Mədən Sənayesi və Ticarət şirkəti məlumat yayıb.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər