Son dəqiqə

Türkiyə Mehmet Fatih Kacır

Aya öz mühəndislərimiz tərəfindən istehsal edilən kosmik gəmi ilə gedəcəyik - Kacır

Bakı. TurkicWorld:

Aya öz mühəndislərimiz tərəfindən istehsal edilən kosmik gəmi ilə gedəcəyik.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

"Ay proqramımızı həyata keçirəcəyik. Aya öz mühəndislərimiz və alimlərimiz tərəfindən hazırlanmış və istehsal edilən kosmik gəmi ilə, milli qaynaqlarla inkişaf etdirilən bir hərəkət sistemi ilə gedəcəyik. Pilotsuz sistemlərlə həyata keçirəcəyimiz bu proqram bizə çətin kosmik şəraitdə inkişaf etdirdiyimiz innovativ texnologiyalardan istifadə etmək və gələcəkdə onları kommersiyalaşdırmaq imkanı verəcək",- deyə nazir bildirib.

Kacır qeyd edib ki, Alper Gezeravcının həyata keçirdiyi Kosmik Elm Missiyası bir ilk olsa da, sonuncu olmayacaq. Türkiyə üçün kosmos elm və texnologiyalarında yeni bir səhifə açılıb. İlk astronavtımız Alper Gezeravcını səkkiz aylıq məşq və hazırlıq dövründə göstərdiyi cəsarət, özünə inam, nizam-intizam, müvəffəqiyyətə və 21 gündən çox kosmos missiyasına görə təbrik edirəm.

"Türkiyə peyklər, raket sistemləri, kosmos vasitələri və insanlı kosmos araşdırmaları sahəsində istehsal və texnologiya gücü olacaq. İlk kosmonavtımız Alper Gezeravcıya ilk insanlı kosmos elmi missiyamızla elmi araşdırmalara verdiyi töhfəyə, millətimizə gətirdiyi qürur və gənclərimizə ilham verdiyinə görə bir daha təşəkkür edirəm",- deyə nazir əlavə edib.

Qeyd edək ki, Türkiyənin ikinci astronavtı Tuva Cihangir Atasever, Virgin Galactic ilə suborbital uçuşla yeddi fərqli elmi təcrübə həyata keçirəcək.

Mövzuya görə xəbərlər