Türkiyə-Qətər əlaqələrini daha da inkişaf etdirməkdə qərarlıyıq - Kacır

Türkiyə-Qətər əlaqələrini daha da inkişaf etdirməkdə qərarlıyıq - Kacır

Bakı. TurkicWorld:

Türkiyə-Qətər əlaqələrini daha da inkişaf etdirməkdə qərarlıyıq.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Qətərin ticarət və sənaye naziri Mohammed bin Hamed bin Qasim Al Tani ilə görüşü zamanı deyib.

"Görüşdə Qətərin təkcə kapital investoru statusu deyil, həm də sənaye və istehsal sahələrində mümkün əməkdaşlıqların inkişafı qiymətləndirilib. İki ölkə tərəfindən sənaye yönümlü forumun birgə keçirilməsi razılaşdırılıb", - deyə o əlavə edib.

Kacır onu da qeyd edib ki, Türkiyə ilə Qətər arasında xüsusilə sənaye sektorlarının inteqrasiyasını sürətləndirmək üçün yeni addımlar atılacaq.

X: Lamanasadli01