TOGG Türkiyədə satış rekordu qırıb

TOGG Türkiyədə satış rekordu qırıb

Bakı. TurkicWorld:

Bu ilin yanvar ayında Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG ölkədə 1625 avtomobillə satış rekordu qırıb.

Bu barədə TurkicWorld-a Avtomobil Distribyutorları və Mobillik Assosiasiyasından (ODMD) bildirilib.

Məlumata əsasən, TOGG-u 260 satışla Mercedes-Benz, 228 satışla BMW, 2020 satışla Tesla və 155 satışla BYD izləyib.

Bundan əlavə, model əsasında nəzər yetirdikdə, Türkiyədə Togg T10X ən çox satılan model, Tesla Model Y ikinci, BMW 5 Series üçüncü, BYD Atto 3 dördüncü, Mercedes-Benz EQB isə beşinci ən çox satılan model olub.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.

Məlumat üçün bildirək ki, TOGG-un sedan modeli 2024-cü ilin sonunda təqdim ediləcək və istehsal, 2025-ci ildə başlayacaq.

X: Lamanasadli01