Mərmərə zəlzələsi daha da dağıdıcı ola bilər – Türkiyənin Kandilli Rəsədxanası

Mərmərə zəlzələsi daha da dağıdıcı ola bilər – Türkiyənin Kandilli Rəsədxanası

Bakı. TurkicWorld:

Mərmərə zəlzələsi daha da dağıdıcı ola bilər.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Kandilli Rəsədxanasının direktoru Haluk Özener deyib.

"Mərmərə zəlzələsi uzaqda deyil. Bəlkə bu zəlzələ 10 saniyəyə baş verə bilər. Bu coğrafiyada 7 baldan çox zəlzələ yaşanacağı isə dəqiqdir." - deyə o qeyd edib.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Hafiz Rufizoğlu