Son dəqiqə

Türkiyə Mehmet Fatih Kacır

Hədəfimiz Türkiyənin maliyyə texnologiyaları mərkəzinə çevrilməsidir - Kacır

Bakı. TurkicWorld:

Hədəfimiz Türkiyənin maliyyə texnologiyaları mərkəzinə çevrilməsidir.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih Kacır deyib.

"Türkiyə son illərdə oyun sahibkarlığındakı uğurları ilə qlobal brendə çevrilib. 750-dən çox startap oyunları ilə dünya oyun bazarında güclü söz sahibiyik. Bundan əlavə, bank və maliyyə sektorumuzun rəqəmsal infrastrukturu da xeyli irəlidədir. Fintech şirkətlərimizin gətirdiyi yeni iş modelləri, həm maliyyə ekosistemində rəqabəti sürətləndirir, həm də istehlakçılara alternativ maliyyə mənbələrinə çıxış təmin edərək böyüməyə təkan verir. Biz Türkiyənin yaxın gələcəkdə maliyyə texnologiyaları mərkəzinə çevrilməsini hədəfləyirik. Hal-hazırda ölkəmizdə bu sahədə fəaliyyət göstərən texnoloji startapların sayı 750-yə çatıb. Qarşıdakı dövrdə bu gün açdığımız bu kampusun töhfələri ilə ölkəmizin sahibkarlıq ekosistemi 2030-cu ildə 100 Turcorn və 100 min texnologiya startapı hədəfinə doğru qətiyyətlə irəliləyəcək",- deyə nazir bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər