Ərdoğan bu gün Kahramanmaraşa səfər edəcək

Ərdoğan bu gün Kahramanmaraşa səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, “Əsrin Fəlakəti”nin birinci ilində zəlzələ bölgəsində olacaq. Ərdoğan bu gün Kahramanmaraşa səfər edəcək və zəlzələ qurbanlarının ailələri ilə görüşəcək.

TurkicWorld-un məlumatına görə, Ərdoğan, Kahramanmaraşda aparılan yenidənqurma və dirçəliş işləri ilə tanış olacaq. Hatay və Qaziantepdə olduğu kimi, Kahramanmaraşda da vətəndaşlara mənzillərin təhvil verilməsi mərasimində iştirak edəcək.

Kahramanmaraşda 8 min 122-si şəhər və rayon mərkəzlərində, 1 167-si kənd yerlərində olmaqla cəmi 9 min 289 zəlzələ evinin püşkatma mərasimi keçiriləcək.

Hatay və Qaziantepdəki iqamətgahlarla birlikdə təslim edilən zəlzələ iqamətgahlarının sayı 27 min 262-yə çatacaq.

İki ay ərzində zəlzələ bölgəsindəki əyalətlərdə 75 min ev təhvil veriləcək. İlin sonuna qədər bu rəqəm 200 minə yüksələcək.

Zəlzələ bölgəsində ümumilikdə 390 min zəlzələdən zərərçəkənlər üçün işlər fasiləsiz davam etdiriləcək. Prezident Ərdoğan Kahramanmaraşdan sonra Şanlıurfa, Adıyaman və Elazığa da səfər edəcək.

Xatırladaq ki, 2023-cü il fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələ nəticəsində ölənlərin sayı 50 min 783-ə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_