Son dəqiqə

Türkiyə Qazaxıstan Türkiyə Sənaye və Texnologiya nazirliyi Mehmet Fatih Kacır Alper Gezeravcı

Qazaxıstan və Türkiyə kosmos sahəsində əməkdaşlıqda maraqlıdır

Bakı. TurkicWorld:

Qazaxıstan və Türkiyə kosmos sahəsində əməkdaşlıqda maraqlıdır.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və Qazaxıstanın Ankaradakı səfiri Yerkebulan Sapiyevin görüşü zamanı əldə edilib.

Məlumata əsasən, ilk türk astronavtının kosmosa uçuşu və onun elmi missiyası barədə məlumat verən türkiyəli nazir həm ikitərəfli, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində kosmik proqramlar sahəsində əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Sənayenin inkişafı sahəsində Türkiyənin təcrübəsini qeyd edən səfir Qazaxıstanın investisiya cəlbediciliyi, eləcə də enerji və xammal baxımından zənginliyi barədə məlumat verib.

Bununla bağlı o, Türkiyənin istehsal müəssisələrini Qazaxıstana köçürməyə dəvət edib.

Xatırladaq ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalıb və 13 fərqli elmi təcrübə həyata keçirib.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edib.

X: Lamanasadli01

Mövzuya görə xəbərlər