TOGG istehsal gücü ilə rəqiblərini geridə qoyur - Ərdoğan

TOGG istehsal gücü ilə rəqiblərini geridə qoyur - Ərdoğan

Bakı. TurkicWorld:

TOGG istehsal gücü ilə rəqbilərini geridə qoyur.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Devrim avtomobilinin fəaliyyətini dayandırdıqları kimi TOGG-un da fəaliyyətini dayandırmaq istəyirlər. Lakin TOGG artan istehsal gücü ilə rəqiblərini geridə qoyur.” - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, bir çoxları TOGG-un istehsal fabrikinin olmadığını desələr də, avtomobilin istehsal xətti Bursada yerləşir.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

TOGG satışa başladıqdan sonra dörd ay ərzində bütün elektrikli avtomobil bazarında ən çox satılan marka və model kateqoriyası üzrə liderə çevrilib.

Məlumat üçün bildirək ki, TOGG-un sedan modeli 2024-cü ilin sonunda təqdim ediləcək və istehsal, 2025-ci ildə başlayacaq.

Hafiz Rufizoğlu