Türkiyə və Ukrayna iqtisadi münasibətlərin inkişaf etməsi üçün danışıqlar aparıb

Türkiyə və Ukrayna iqtisadi münasibətlərin inkişaf etməsi üçün danışıqlar aparıb

Bakı. TurkicWorld:

Bu gün Türkiyə və Ukrayna arasındakı iqtisadi münasibətlərin inkişaf etməsi üçün əhəmiyyətli qiymətləndirmələr apardıq.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə ticarət naziri Ömər Bolat deyib.

"Bu günə qədər türk podratçıları tərəfindən dünyanın müxtəlif bölgələrində həyata keçirilən uğurlu layihələrdən irəli gələn təcrübəmiz iki ölkə arasında əməkdaşlığın təməl daşlarından birini təşkil edəcək, xüsusilə də Ukraynanın zədələnmiş infrastrukturunun və üst quruluşunun yenidən qurulmasında. Kubrakovla biz həm də qarşılıqlı ticarət həcmimizi artıracaq və iki ölkə arasında iqtisadi əlaqələri daha da yaxşılaşdırılması ilə bağlı mühüm qiymətləndirmələr etdik",- deyə Bolat bildirib.

Qeyd edək ki, bu gün İstanbulda “Ukraynanın Yenidənqurulması Forumu” adlı tarixi sammit keçirilib.

Aytac Süleymanova

Twitter: a_alieva_