Son dəqiqə

Rusiya Akkuyu Atom Elektrik Stansiyası (AES)

Akkuyu AES-in birinci enerji bloku üçün istehsal olunan avadanlıqlar Neva çayı üzərində açılan körpülərdən keçib

Bakı. TurkicWorld:

Akkuyu Atom Elektrik Stansiyasının birinci enerji bloku üçün istehsal olunan avadanlıqlar, Rusiyanın Sankt-Peterburq şəhərində donmuş Neva çayı üzərində açılan körpülərdən keçib.

TurkicWorld bu barədə Rusiya Dövlət Nüvə Enerjisi Korporasiyası Rosatom-a istinadən xəbər verir.

"İki üfüqi nəmlik ayırıcı və təkrar qızdırıcı sistemindən ibarət avadanlığın çaydan keçməsi üçün həyata keçirilən əməliyyatı üç buzqıran və iki yedək gəmisi, həmçinin xüsusi müdaxilə maşınları müşayiət edib. Sankt-Peterburqda adətən yay aylarında gəmilərin keçməsi üçün açılan körpülər bu əməliyyatla Akkuyu AES üçün qış şəraitində açılıb. Neva çayı boyunca həyata keçiriləcək daşımalar çox mürəkkəb bir logistik əməliyyatdır. İlk dəfədir ki, biz bir çox problemlərlə üzləşdik",- deyə məlumatda bildirilib.

Məlumatda qeyd olunub ki, limandan göndərilən avadanlıq yaxın vaxtlarda Akkuyu AES-in tikinti sahəsinə gətiriləcək.

Qeyd edək ki, Rusiyanın “Rosatom” dövlət korporasiyası tərəfindən tikilən Türkiyənin ilk atom elektrik stansiyası - “Akkuyu” AES-ə yeni nəsil reaktorları ilə təchiz olunan dörd enerji bloku daxildir. AES-in hər bloku 1200 MVt gücündə enerji generasiya edəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər