ASELSAN BƏƏ-də ofis açıb

ASELSAN BƏƏ-də ofis açıb

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş ASELSAN-ın Birləşmiş Ərəb Əmirlikləri ofisinin açılışını edib.

TurkicWorld-un məlumatına görə, Numan Kurtulmuş Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Abu Dabidə ASELSAN BƏƏ ofisini açıb.

"İnanıram ki, Birləşmiş Ərəb Əmirliklərində açdığımız ASELSAN BƏƏ Ofisi həm iki ölkə arasındakı dostluğu gücləndirəcək, həm də texnologiya transferi ilə müdafiə sənayemizin böyüməsi və uğuru yolunda yeni qapılar açacaq. Texnoloji əlaqələri bir araya gətirərək yeniliklər və üstün keyfiyyətlə milli müdafiə sənayemiz Türkiyə Əsrinin vizyonuna çatacaq. Onun inamlı addımlarla yoluna davam etməsi ilə fəxr edirik",- deyə Kurtulmuş bildirib.

Aytac Süleymanova

Twitter: a_alieva_