Hakan Fidan sabah Rumıniyaya rəsmi səfər edəcək

Hakan Fidan sabah Rumıniyaya rəsmi səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyənin Xarici İşlər naziri Hakan Fidan, sabah Rumıniyaya rəsmi səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyənin Buxarestdəki səfiri Özgür Kıvanç Altan məlumat verib.

"2023-cü ildə Rumıniya, Türkiyənin 18 silahlı pilotsuz uçuş aparatı olan Bayraktar TB2 alıb. Onların tədarükləri təbii ki, bu il və gələcək illərdə də davam edəcək. Bundan başqa, bu sahədə bəzi tenderlər davam edir. Şirkətlərimiz bunlarla maraqlanır. Rumıniyanın da bu məhsulların birgə istehsalı tələbi var. İki ölkə arasında ticarət əlaqələri gündən-günə artır və 2023-cü ildə 11 milyard dollarlıq ticarət həcminə nail olunub. İki ölkənin ticarət həcmində ilk hədəfimiz, 2025-ci ilə qədər 15 milyard dollar, növbəti hədəf 20 milyard dollardır",- deyə Altan bildirib.

Qara dənizdən iki ölkə arasında qonşuluq, ticarət və hərbi əlaqələrin son dərəcə yüksək səviyyədə olduğunu bildirən Altan vurğulayıb ki, hazırda biz Rumıniyanın hava məkanını təxminən 80 hərbi qulluqçu və dörd F-16 təyyarəsi ilə NATO hava polisi çərçivəsində Rumıniya təyyarələri ilə qoruyuruq.

"Bu çərçivədə 11 yanvar tarixində İstanbulda imzalanmış anlaşma memorandumuna əsasən, Türkiyənin təşəbbüsü, Rumıniya və Bolqarıstan müttəfiqlərimizin iştirakı ilə Qara dənizdə minaların aşkarlanması və lazım gələrsə məhv edilməsi üçün birgə əməliyyatın keçirilməsi qərara alınıb",- deyə səfir əlavə edib.

Altan onu da qeyd edib ki, Türkiyə və Rumıniyanın NATO çərçivəsində bir çox ikitərəfli əməkdaşlıq layihələri var və iki ölkə arasında yüksək səviyyəli səfərlər davam edir.

Aytac Süleymanova

Twitter: a_alieva_