Hakan Fidan Bolqarıstana səfər edib

Hakan Fidan Bolqarıstana səfər edib

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan Albaniyadakı rəsmi təmaslarından sonra Bolqarıstana səfər edib.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə XİN bildirib.

Fidan Albaniyadakı rəsmi təmaslarından sonra Tiranı tərk edərək Bolqarıstanın paytaxtı Sofiyaya çatıb.

Səfər çərçivəsində Hakan Fidan, sabah Bolqarıstan baş nazirinin müavini və xarici işlər naziri Mariya Qabriel ilə görüşəcək.

Nazir Sofiyada Bolqarıstan Prezidenti Rumen Radev və Baş nazir Nikolay Denkovla da görüşəcək.

Məlumat üçün qeyd edək ki, Hakan Fidan Bolqarıstandakı təmaslarını başa vurduqdan sonra çərşənbə günü Rumıniyaya rəsmi səfər edəcək.

Rəsmi səfərlərdə cari, regional və qlobal hadisələr, eləcə də ikitərəfli münasibətlər müzakirə olunur.

Hafiz Rufizoğlu