Türkiyə-Fələstin arasında ticari əlaqələri və qarşılıqlı ticarət həcmini davamlı olaraq artırmağı hədəfləyirik – Ömer Bolat

Türkiyə-Fələstin arasında ticari əlaqələri və qarşılıqlı ticarət həcmini davamlı olaraq artırmağı hədəfləyirik – Ömer Bolat

Bakı. TurkicWorld:

Türkiyə-Fələstin arasında ticari əlaqələri və qarşılıqlı ticarət həcmini davamlı olaraq artırmağı hədəfləyirik.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə ticarət naziri Ömer Bolat deyib.

Ticarət naziri Ömər Bolat Fələstinin Ankaradakı səfiri Faed Mustafa və Fələstinli iş adamlarından ibarət nümayəndə heyəti ilə Ticarət Nazirliyində görüşüb.

Fələstin Türk İş Adamları Dərnəyinin İdarə Heyətinin üzvü Ziyad Dahliz görüşdən sonra verdiyi açıqlamalarda görüşün əsas mövzusunun iki ölkə arasında əlaqələrin və ticarət həcminin artırılması olduğunu bildirib.

Məlumat üçün qeyd edək ki, görüş mətbuata qapalı keçirilib.

Hafiz Rufizoğlu