İsrailin ən böyük gücü İslam ölkələrinin təşkilatsızlığı və iradələrini birlikdə göstərə bilməməsidir - TBMM sədri

İsrailin ən böyük gücü İslam ölkələrinin təşkilatsızlığı və iradələrini birlikdə göstərə bilməməsidir - TBMM sədri

Bakı. TurkicWorld:

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş, Bəhreyndə Nümayəndələr Palatasının sədri ilə görüşüb.

TurkicWorld-un məlumatına görə, TBMM sədri Kurtulmuş Türkiyə ilə Bəhreynin iki dost və qardaş ölkə olduğunu ifadə edib.

Görüş zamanı, iki ölkənin ticarət əlaqələri böyük potensiala malikdir və mövcud əlaqələr müxtəlif sektorlarda daha da irəliləyəcək. Eyni zamanda, iki ölkə arasında qarşılıqlı viza liberallaşmasına verilən önəmin əhəmiyyətindən də danışılıb.

Şimali Kipr Türk Respublikasının Asiya Futbol Konfederasiyasına üzv olmaq üçün müraciət etdiyini xatırladan Kurtulmuş, konfederasiya idarəçisinin Bəhreyn rəsmisi olduğunu bildirərək, bu mövzuda dəstək gözlədiklərini vurğulayıb.

"Təəssüf ki, bütün müsbət səylərə baxmayaraq, KKTC Qərbdən təzyiqlərə məruz qalır. Bu şəkildə beynəlxalq platformalarda KKTC-nin tanınmasına dəstək verməliyik",- deyə Kurtulmuş bildirib.

Türkiyə Böyük Millət Məclisinin sədri Kurtulmuş, İsrailin Fələstinə qarşı qeyri-insani qırğınlarına qarşı tutduğu mövqeyə görə Bəhreynə təşəkkürünü bildirib.

Beynəlxalq Haaqa Məhkəməsinin qərarı ilə Fələstin davasının yeni mərhələyə keçdiyini xatırladan Kurtulmuş əlavə edib ki, şəxsən mən bunun onilliklər sürəcək yeni bir mərhələ olacağını düşünürəm. Ümid edirik ki, paytaxtı Qüds olan müstəqil Fələstin dövləti qurulacaq.

Üç mühüm məsələdə birgə çalışmağın vacibliyini vurğulayan Kurtulmuş, bunlardan birincisinin Netanyahu rəhbərliyinin təcrid olunması olduğunu bildirib.

"Haaqa məhkəməsində qəbul edilən qərar bu vəziyyəti dəstəkləyir. Netanyahunu beynəlxalq arenada təcrid etmək və sonra məsələni Beynəlxalq Müharibə Cinayətləri Tribunalına çıxarmaq vacibdir. İkinci sahə insanlıq məsələsidir. Dünyanın hər yerində müxtəlif dinlərdən olan insanlar bu zülmə qarşı çıxırlar. Bu humanitar cəbhəni xalq özü yaradıb, amma indi dövlətlər və hökumətlər bunu dəstəkləməlidir. Üçüncü cəbhə İslam ölkələrinin vəziyyətidir. İsrailin ən böyük gücü sahib olduğu vasitə, silah və ya dəstək deyil, İslam ölkələrinin təşkilatsızlığı və iradələrini birlikdə göstərə bilməməsidir",- deyə TBMM sədri vurğulayıb.

Kurtulmuş qeyd edib ki, bu üç sahədə birgə çalışaraq və fələstinli qardaşlarımızı dəstəkləməklə biz regionda qalıcı, yaxşı nəticə əldə edə bilərik. Əks halda bu hücumlar dayandırılmasa, regionda və dünyada yeni münaqişələr yaranacaq.