Bakı. TurkicWorld:
TÜBİTAK Mərmərə Araşdırma Mərkəzinin (MAM) Qütb Araşdırmaları İnstitutunun koordinasiyasında “Milli Antarktika Elm Ekspedisiyası”nı həyata keçirəcək nümayəndə heyəti bu gün İstanbuldan yola düşüb.
TurkicWorld-un məlumatına görə, bununla bağlı Türkiyənin Sənaye və texnologiya naziri Mehmet Fatih Kacır öz rəsmi sosial media hesabında paylaşım edib.
"Ekspedisiyada iştirak edən 20-si türk, 4-ü xarici olmaqla 24 alim 22 müxtəlif layihə üzərində çalışacaq. Antarktika Elmi Ekspedisiyasının tədqiqatçıları əvvəlcə Braziliyanın San-Paulu şəhərinə gedəcəklər. Oradan komanda King George adasına çatacaq",- deyə paylaşımda bildirilib.
Aytac Süleymanova
Twitter: a_alieva_