Hakan Fidan Balkan ölkələrinə səfər edəcək

Hakan Fidan Balkan ölkələrinə səfər edəcək

Bakı. TurkicWorld:

Türkiyə xarici işlər naziri Hakan Fidan Albaniya, Bolqarıstan və Rumıniyaya səfər edəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi yazılı açıqlama verib.

Bəyanatda Fidanın yanvarın 28-31-də Albaniya, Bolqarıstan və Rumıniyaya səfər edəcəyi, görüşlərdə cari regional və qlobal hadisələrin, eləcə də ikitərəfli münasibətlərin müzakirə ediləcəyi bildirilib.

Hakan Fidan səfərlər çərçivəsində türkiyəli iş adamları və Türkiyə ictimaiyyətinin nümayəndələri ilə də görüşəcək.

Hafiz Rufizoğlu