İsrail bir xalqı yer üzündən silməyə çalışır - Altun

İsrail bir xalqı yer üzündən silməyə çalışır - Altun

Bakı. TurkicWorld:

İsrail bir xalqı yer üzündən silməyə çalışır.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun "Qəzza müharibəsində medianın mübarizəsi: zorakılıq, dezinformasiya, senzura Simpoziumu"nda çıxışı zamanı deyib.

"İsrail Qəzzada işğalçı və müstəmləkəçi siyasətlərini davam etdirərək müharibə cinayətləri törədir. 7 oktyabr tarixindən bu günə qədər Qəzzada 120 jurnalist İsrail tərəfindən qətlə yetirilib", - deyə o əlavə edib.

F.Altun onu da vurğulayıb ki, İsrail Qərbdə irqçiliyin və müstəmləkəçiliyin ən dünyəvi, ən müasir nümayəndəsidir.

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

İsrailin 108 gündür Qəzzaya təşkil etdiyi hücumlarda 11 min uşaq və 7 min 500 qadın həyatını itirib.

X: Lamanasadli01