Son dəqiqə

Türkiyə Mehmet Fatih Kacır

Türkiyədə Kosmos haqqında qanunun hazırlanması üçün işlər aparılır - Kacır

Bakı. TurkicWorld:

Türkiyədə Kosmos haqqında qanunun hazırlanması üçün işlər aparılır.

TurkicWorld-un məlumatına görə, bu barədə Türkiyə sənaye və texnologiya naziri Mehmet Fatih kacır deyib.

Türkiyə Kosmik Agentliyinin işlərini daha güclü şəkildə həyata keçirməsinə imkan verəcək 'Kosmos Qanunu' üçün hazırlıqlara başlanılıb. Ankarada kosmik texnologiyanın inkişafı zonası quracağıq. Kosmos layihələri mühim layihələrdir. Dünya kosmik iqtisadiyyatı hər il 30-40 faiz artır.” - deyə Kacır bildirib.

Mehmet Fatih Kacır çıxışı zamanı bu sahənin vacibliyini vurğulayıb.

Qeyd edək ki, 19 yanvar tarixində Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da Ax3 missiyası ilə Beynəlxalq Kosmik Stansiyaya göndərilib.

Türkiyənin İlk Pilotlu Kosmos Missiyası çərçivəsində Alper Gezeravcı 14 gün BKS-də qalacaq və 13 fərqli elmi təcrübə həyata keçirəcək.

İlk türk astronavtı Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər